Andrey Popoviç oyunun ən yaxşısı seçildi

XƏBƏR 28 Aprel 2009 / 19:48 2165
-  A +

19 yaşlılardan ibarət milli komandamız Bolqarıstanda təlimlərini davam etdirir. Komandamız artıq ilk yoxlama görüşündə qüvvəsini sınayıb. U-19 milli komandamızın rəqibi bolqarıstanlı həmyaşıdları olub. 0:0 hesabı ilə başa çatan qarşılaşmanın gedişında "Bakı"nın üzvü Andrey Popoviç inamlı oyunu ilə diqqət çəkib. Bir neçə dəfə rəqib zərbələrini dəf edən qapıçımız penalti zərbəsini də qaytararaq, qapısının toxunulmazlığını təmin edib. Bununla da Popoviç oyunun ən yaxşısı seçilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı