Sergey Artyux: “Bakı”yla oyunu fərqləndirməyə ehtiyac yoxdur”

Sergey Artyux: “Bakı”yla oyunu fərqləndirməyə ehtiyac yoxdur”
XƏBƏR 28 Aprel 2009 / 18:53 2346
-  A +

“Standard”la matç çox çətin keçdi. Gözəl oyun sərgiləyərək, çox mühüm 3 xal qazandıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Simurq”un üzvü Sergey Artyux deyib. Ukraynalı futbolçu qarşıdakı “Bakı”yla matç haqda da danışıb: “Bizim üçün hər oyun vacibdir. Buna görə də “Bakı”yla oyunu bir o qədər də fərqləndirməyə ehtiyac görmürəm. “Bakı” çox yaxşı komandadır. Heyətində yaxşı futbolçuları var. Bununla belə biz də, qarşılaşmaya yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, gözəl oyun sərgiləyərək, qələbə qazanaq”.
Sergey Artyux komandasının gümüş medal qazanmaq şansının olduğunu da bildirib: “Şans həmişə var. Amma şansdan istifadə etmək üçün gərək, bütün gücünü meydanda qoyasan. Amma deyim ki, bu heç də asan olmayacaq”.

 

 

Daha çox


Son xəbərlər