Eyni məkan, eyni hədəf

XƏBƏR 28 Aprel 2009 / 17:29 2040
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. Komandamızın rəqibi Fransa millisi olacaq. Qol.Az-ın məlumatına görə, bu qarşılaşma həlledici xarakter daşıyır. Əgər millimiz rəqibini məğlub edə bilsə, Avropa çempionatının final mərhələsinə qatılacaq. Qızlarımız bir müddət əvvəl futzalçılarımızın imza atdığı uğuru təkrarlamalıdırlar. Xatırladaq ki, Portuqaliyada keçirilən seçmə mərhələdə uğurlu çıxış edən futzalçılarımız Avropa çempionatının final mərhələsinə yüksələ bilmişdilər. Budəfəki seçmə mərhələ də Portuqaliyada keçirilir. Ona görə də tarixi təkrarlamaq lazımdır.
2 turdan sonra Fransa millisi 6 xalla qrup lideridir. Aktivində 4 xal olan Şamil Heydərovun yetirmələri ikinci pillədədir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki