İki min manatlıq alışqan

XƏBƏR 28 Aprel 2009 / 15:44 2428
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “İnter” - “Xəzər-Lənkəran” matçının 64 və 74-cü dəqiqələrində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi “İnter” klubu 2000 manat cərimə olunub.
“Muğan” - “Bakılı” matçında hər iki komandanın, MOİK - “Karvan” matçında Yevlax klubunun 4 futbolçusu sarı vərəqyələ cəzalandırıldığı üçün adıçəkilən klublar min manat cərimə olunublar. 
“Simurq” - “Standard” matçında birincilərin üzvü David Bolkvadze idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.
Matçın 86-cı dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya (alışqan) atıldığı üçün meydan sahibi - “Simurq” 2000 manat cərimə olunub.
MOİK - “Karvan” oyununda Samir Babayev və Rəşad Kərimov bir-birini təhqir etdiklərinə görə futbolçular qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalandırılıb, hər iki klub isə 2000 manat cərimə olunub.

Son xəbərlər