"Bakı" "Qarabağ"la oyuna ciddi itkiylə çıxacaq

XƏBƏR 28 Aprel 2009 / 14:46 2171
-  A +

Sabah ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ı öz meydanında qəbul edəcək "Bakı" qarşıdakı matçın hazırlığını davam etdirir. Bugünkü məşqin ardından isə komanda təlim-məşq toplanışına yığışacaq. Qol.Az-ın məlumatına görə, "Bakı" "Qarabağ" önünə ciddi itkiylə çıxacaq. Premyer-liqanın son turunda "Qəbələ"ylə matçda mövsüm ərzində dördüncü sarı vərəqəsini alaraq cəzalı duruma düşən Ernad Skuliç qarşıdakı kubok matçını buraxacaq. Zədəli olan Amiran Muciriylə Peresin isə durumu yaxşıdır. Argentinalı futbolçu sabahkı matçda meydana çıxa biləcək. Yüngül zədəsi olan Batitanın da "Qarabağ"a qarşı oynaması gözlənilir. 

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq