“Simurq” “Bakı”yla oyunun hazırlıqlarına start verdi

XƏBƏR 28 Aprel 2009 / 13:44 2218
-  A +

"Standard"la oyundan sonra istirahət alan "Simurq"un üzvləri bu gündən etibarən məşqlərini bərpa edib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mayın birinə qədər Zaqatalada hazırlaşacaq komanda üzvləri matçdan bir gün əvvəl Bakıya gələcək. "Bakı" - "Simurq" oyunu mayın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mövsümü qapayan Ramin Nəsibovla yanaşı durumu yaxşılığa doğru gedən Elşən Məmmədov və Qriqol Dolidzenin də şənbə günü meydançaya çıxmayacağı dəqiqdir. Hər iki futbolçu zədəsinin müalicəsinin ilk mərhələsini başa vurub və indi bərpa prosesi keçməlidir. Bundan əlavə, "Standard"la oyuna iynə ilə çıxan Sergey Sokolov qasıq, Vladimir Mazyar isə diz nahiyəsində ağrılardan əziyyət çəkir. Sergey Artyux da sonuncu qarşılaşmada topuğundan zədə alıb və buna görə oyunu sona qədər davam etdirə bilməyərək, əvəzlənib. Futbolçu ayağındakı şiş çəkilənə qədər topa toxuna bilməyəcək. Bundan əlavə, qırmızı vərəqə alan David Bolkvadze də şənbə günü "Simurq"a kömək edə bilməyəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı