"Bakı"nın hazırlıq planı bəlli oldu

"Bakı"nın hazırlıq planı bəlli oldu
GÜNDƏM 2 İyun 2012 / 11:05 1981
-  A +

Cari mövsümü Azərbaycan kubokunu qazanmaqla yüksək notlarla başa vuran "Bakı" klubu gələn həftədən etibarən bir araya gələcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış iyunun 5-nə nəzərdə tutulub.

Həmin gündən komanda Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək. İlkin mərhələdə 1 həftə ərzində paytaxda məşqlər keçəcək "Bakı" Qəbələyə yollanacaq və iyun 16-na qədər burada məşq edəcək.

Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. "Zolaqlılar" 18-29 iyun tarixlərində məşq etməklə bərabər 3 yoldaşlıq oyunu da keçirəcək.

Üçüncü mərhələ Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici faktor kimi qəbul olunacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın