Lippert: "Hücumda lazımi təzyiq göstərə bilmədik"

Lippert: "Hücumda lazımi təzyiq göstərə bilmədik"
ÖLKƏ FUTBOLU 2 İyun 2012 / 10:38 1784
-  A +

"Norveç yığması layiqli qələbə qazandı. Çoxlu top itirdik. Hücumda lazımi təzyiq göstərə bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşlı futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 0:1 hesabı ilə məğlub olan almaniyalı mütəxəssis əsasən hücumdan şikayətlənib:

"Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı