“Şadam ki, Azərbaycan kimi gözəl ölkədə futbol oynamışam, yaşamışam”

“Şadam ki, Azərbaycan kimi gözəl ölkədə futbol oynamışam, yaşamışam”
XƏBƏR 1 İyun 2012 / 19:18 3613
-  A +

“Azərbaycanda ailəmlə qalırdım. Çox gözəl 1 il keçirdik. İndi də həmin günləri xoş bir xatirə kimi xatırlayıram. Özümə, ailəmə qarşı daim hörmət görmüşəm”.

Bu sözləri Qol.Az-a açıqlamasında AZAL-ın (Əvvəlki “Olimpik”) sabiq futbolçusu Marko Mitroviç deyib. O, Azərbaycan çempionatında keçirdiyi ən yaxşı oyunları da xatırlayıb: “Təəssüf ki, mən oynadığım dövrdə “Olimpik” indiki kimi iddialı deyildi. Çalışırdı ki, güclü rəqiblərlə başa-baş oynasın amma, alınmırdı. Çünki klub olaraq, yeni-yeni formalaşırdılar. Eşitdiyimə görə, indi komanda adını dəyişib və özü də daha iddialıdır. Bu çox yaxşı haldır, məni sevindirir. Çünki o komandanın qurulmasında bizim də əməyimiz var. Daha çox Tofiq Bəhramov adına Respublika stadionunda “İnter”, “Neftçi” və “Bakı” kimi komandalara qarşı keçirdiyimiz oyunları xatırlayıram. Həmin oyunlar doğurdan gərgin və maraqlı keçirdi”.

Qeyd edək ki, Marko 2006-07-ci il futbol mövsümündə “Olimpik”in şərəfini qoruyub. O, 2010-cu ildə futbolçu karyeramı başa vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın