"Neftçi" heyətini gücləndirdi

"Neftçi" heyətini gücləndirdi
XƏBƏR 1 İyun 2012 / 17:36 3849
-  A +

"Neftçi"nin 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.

Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində "Caspian Cup" turnirində uğurla çıxış edir. Fəhmin meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub.

Futbolçu əsas komandaya cəlb olunması ilə bağlı fikirlərini bölüşüb: "Neftçi"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın