Pol Skoulz daha bir il "Mançester Yunayted"də

Pol Skoulz daha bir il "Mançester Yunayted"də
XƏBƏR 1 İyun 2012 / 17:08 1605
-  A +

"Mançester Yunayted" klubunun canlı əfsanəsi Pol Skoulz komandası ilə müqavilə yeniləyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 38 yaşlı futbolçu daha bir il "Mançester Yunayted"in şərəfini qoruyacaq.

Ötən mövsüm karyerasını başa vurduğunu açıqlayan Skoulz "qırmızı şeytanlar"ın baş məşqçisi Ser Aleks Fergüssonun dəvəti ilə yenidən futbola qayıtmışdı. Şotlandiyalı mütəxəssis Skoulzdan daha bir il komandada oynamasını xahiş edib.   

Qeyd edək ki, 1993-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyan veteran futbolçu komandanın heyətində keçirdiyi 482 oyunda 106 qola imza atıb.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı