"Çelsi"nin kapitanına 3 oyunluq cəza

"Çelsi"nin kapitanına 3 oyunluq cəza
XƏBƏR 1 İyun 2012 / 15:47 1635
-  A +

"Çelsi" klubunun kapitanı Con Terri avrokuboklarda üç oyundan məhrum edilib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Terri Çempionlar Liqasının yarımfinalında “Barselona”nın oyunçusu Aleksis Sançesi dirsəyi ilə vurduğu üçün bu cəzaya məruz qalıb.

Həmin epizoda görə qırmızı vərəqə alan ingilis futbolçuya daha bir cəza da UEFA-dan gəlib. UEFA İntizam Komitəsi Terrini məhz bu hərəkətinə görə üç oyunluq cəzalandırıb.

Qeyd edək ki, Terri artıq “Bavariya”ya qarşı final oyununu buraxıb. O, "Atletiko" (Madrid) klubuna qarşı superkubok matçını da buraxmalı olacaq.


Son xəbərlər