"Avro-2012"nin ən bahalı futbolçusu və komandası bəlli oldu

"Avro-2012"nin ən bahalı futbolçusu və komandası bəlli oldu
AVRO-2012 1 İyun 2012 / 15:06 3668
-  A +

"Avro-2012"də çıxış edəcək milli komandaların heyətindəki ən bahalı futbolçuların adları açıqlanıb.

Qol.Az-ın "transfermarkt.de" saytına istinadən verdiyi məlumata görə, Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo siyahıda bütün rəqiblərini qabaqlayıb.

Dəyəri 90 milyon avro olan Ronaldo siyahıda birinci olub. İngiltərə yığmasının hücumçusu Ueyn Runi 65 milyon avro ilə ikinci, İspaniya millisinin aparıcı üzvü Andres İniyesta isə üçüncü pillədə qərarlaşıb.

"Avro-2012"nin ən bahalı komandası da bəlli olub. Son dünya və Avropa çempionu İspaniya millisi 658 milyon avro ilə turnirin ən bahalı komandası adına yiyələnib. İkinci pillədə isə 459 milyon avro ilə Almaniya yığması qərarlaşıb. İrlandiya millisi isə 66 milyon 500 min avro ilə turnirin ən kasıb komandası olub. İrlandiya millisində çıxış edən futbolçuların ümumi dəyəri isə 3 milyard 732 milyon 400 min avrodur.


Son xəbərlər