Yığmamız Norveçə uduzdu

Yığmamız Norveçə uduzdu
ÖLKƏ FUTBOLU 2 İyun 2012 / 10:26 2502
-  A +

Bu gün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Bernhard Lippertin komandası bu dəfə səfərdə Norveçin qonaqı olub.

Son görüşündə evdə İslandiyaya 1:0 hesabı ilə qalib gələn millimiz eyni uğuru səfərdə də təkrarlamaq niyyətində idi. Hazırda 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan millimiz Norveçi məğlub edəcəyi təqdirdə rəqibi ilə xalını bərabərləşdirəcəkdi. Lakin millimizi 1:0 hesabı ilə məğlub edən Norveç yığması xal fərqini daha artırıb.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.




1 iyun

Avro-2013-ün seçmə mərhələsi

Norveç - Azərbaycan - 1:0

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord