Anar Salmanov həmkarlarını qabaqladı

Anar Salmanov həmkarlarını qabaqladı
XƏBƏR 1 İyun 2012 / 14:11 1686
-  A +

Ötən gün Qol.Az saytında geridə qalan Premyer Liqanın azarkeş statistikası ilə tanış oldunuz. Bu dəfə isə hakimlərlə bağlı statistik göstəricini sizlərə təqdim edirik. Geridə qalan yubiley, 20-ci milli futbol çempionatında 15 ədalət təmsilçisi baş hakim kimi oyunlara təyinat aldı. Ən çox təyinat alan hakim Anar Salmanov olub. Elçin Məmmədov ikinci, Fariz Yusifov isə üçüncü pillədə qərarlaşıb. Baş hakim kimi, ən az oyunu Fuad Həsənov idarə edib. İndi isə baş hakim kimi oyuna çıxan referilərin idarə etdikləri oyun saylarını sizin diqqətinizə çatdırırıq:

Anar Salmanov-27
Elçin Məmmədov-26
Fariz Yusifov-25
Rəhim Həsənov-16
Əliyar Ağayev-15
Vüsal Əliyev- 15
Rauf Cabbarov-14
Rövşən Əhmədov-11
Elvin Əsgərov-11
Ramil Diniyev-7
Orxan Məmmədov-6
Elnur Muradov-5
Ceyhun Haşımov-2
Alik Yunusov-2
Fuad Həsənov-2

Qeyd: Kubok oyunlarındakı təyinatlar siyahıya daxil edilməyib.

 

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı