“Daim eyni heyətlə oynasaydıq, bir-birimizi gözüyumulu başa düşərdik”

“Daim eyni heyətlə oynasaydıq, bir-birimizi gözüyumulu başa düşərdik”
MÜSAHİBƏ 1 İyun 2012 / 12:45 3086
-  A +

Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi

- İlk növbədə millimizin Yaponiyaya məğlubiyyətinizin səbəbini öyrənmək istərdik.

- Bilirsiniz ki, çempionatın sonunda futbolçular necə yorğun olurlar. Üstəlik də Yaponiya kimi uzaq bir ölkəyə səfər etməyimiz də məğlubiyyətdə öz sözünü dedi. Düzdü, bütün bunları bəhanə etmirəm. Oyundan qabaq cəmi bir dəfə məşqə çıxmışdıq. Ona görə də hər şeyi nəzərə alaraq, normal çıxış etdiyimizi söyləmək olar.  İstəməzdik ki, belə olsun. Çox çalışırdıq ki, səfər qarşılaşmalarından yaxşı nəticəylə dönək. Lakin təəssüf ki, alınmadı.

- Asiyalılarla qarşılaşmada Azərbaycan millisində komanda oyunu yox idi. Nələr baş verirdi?
 
- Həmin görüşdə komandamız hücum futbolu oynamadı. Daha çox müdafiədən hücuma keçmək istədik. Yəni rəqibi əks-hücumda tutmaq istəyirdik. Yaxşı çıxış etməyimizə rəqib futbolçular imkan vermədi. Axı, onların çoxu səviyyəcə bizdən üstün idi. Elə oyunun ən yaxşılarından olan Kaqava və Hondanı vurğulamaq olar. Belə də olmalı idi. Çünki biri son Almaniya çempionu “Borussiya”da, digəri isə son mövsümü Moskva MOİK-ində keçirib. İlk hissədə ehtiyatda idi. Gördüklərim məni çox təəccübləndirdi. Oyun zamanı nə Kaqava, nə Honda top itkisinə yol verdi. Çox sadə və ağıllı oynayırdılar.

- Komandamız 8 nəfərlə müdafiə olunmağa çalışırdı. Dərd odur ki, bunu da düz-əməlli bacarmırdılar.

- Heç kimi fərdi olaraq qınamaq lazım deyil. Ona görə deyirəm ki, futbolçular mövsüm yeni bitdiyi üçün çox yorğun idilər. İstər-istəməz çatdırmaq olmurdu.

- Bəs, FİFA-nın reytinq cədvəlində axırıncı yerdə olab Andorranı məğlub edə bilməməyinizə səbəb nədir?

- Andorrayla oyuna yaxşı başlamışdıq. Oyun başlayar-başlamaz iki təhlükəli vəziyyət yaratmağa nail olduq. Amma hər iki zərbə dirəyə tuş gəldi. Oyun ərzində rəqibin demək olar ki, iki real qol imkanı oldu. Bizim isə yaratdığımız real qol epizodlarının sayı hesabı yox idi. Əslində biz Andorra yığmasına 5:0 hesabıyla qalib gəlməliydik.

- Ancaq bunu bacara bilmədiniz. Və unutmayaq ki, tarixdə yalnız nəticə qalır, təhlükəli vəziyyətlər yox...

- Sizinlə razılaşıram. Gedib, kimə deyəcəksən ki,  orada bu qədər  təhlükəli epizodumuz oldu. Nə bilim, bir neçə dəfə zərbəmiz dirəkdən döndü.  Biz də istəmirdik ki, belə olsun. Azərbaycanın adının hər zaman yüksəklərdə olmasının tərəfdarıyıq. Əlimizdən gələni etməyə çalışırıq.

- Hər halda Andorra futbol tarixi olmayan bir ölkəni məğlub edə bilməməyinizə görə sizə qarşı haqlı təzyiqlər çoxdur.

- Qələbə qazana bilməməyimiz komandaya çox pis təsir etdi. Komandada meydana çıxmazdan əvvəl Azərbaycan üçün oynadığını yaxşı bilir.

- Sən və Rauf Əliyev Azərbaycanın ən yaxşı hücumçularından sayılırsınız. Niyə, Andorrayla oyunda fərqlənə bilmədiniz?

- Bəzən hücumçu da qol vura bilmir. Məncə, komandanın heyətinin tez-tez dəyişməsi də hücumda problemlər yaradır. Tez-tez millinin heyətin dəyişməsi hücumun kefiyyətinə təsir edir. Belə götürəndə, daim Türkiyəylə oynadığımız heyətlə çıxış edə bilsəydik, yaxşı olardı. Ümumiyyətlə, milli daim eyni heyətlə çıxış edə bilsək, bir-birimizi gözüyumulu başa düşərdik.  Ard-arda dəyişkənlik də oyunumuza təsirsiz ötüşmür. İstər-istəməz xətlərarası əlaqə itir.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki