Çesnauskis: “Məqsədimiz ilk mərhələni keçib, yolumuza davam etməkdir”

Çesnauskis: “Məqsədimiz ilk mərhələni keçib, yolumuza davam etməkdir”
MÜSAHİBƏ 1 İyun 2012 / 12:24 2356
-  A +

“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis Qol.Az saytına müsahibə verib

- Yəqin ki, sən də hazırda dincəlirsən?

- Elədir, hazırda Litvadayam, ailəmlə birgə dincəlirəm.

- Orada havalar necədir?

- İstidir. Təbii ki, artıq yay tamamilə öz təsirini göstərməyə başlayır, hamı dənizə hazırlaşır amma, bizim buna vaxtımız olmayacaq. Çünki tezliklə toplanışa başlayırıq.

- Səhv etmiriksə, yüngül zədən var idi. Artıq problem qalmayıb ki?

- Düzdür, zədə var idi amma, elə də ciddi deyildi. Çempionatın son oyunlarında da meydançada oldum. Artıq hər şey keçib gedib.

- “Bakı”da özünü necə hiss edirsən?

- Çox yaxşı. Artıq bu kluba, Azərbaycan futboluna uyğunlaşmışam. Ən əsası, dillə bağlı problemin olmaması da buna böyük ölçüdə yardım etdi. Bir sözlə, Bakıda özümü çox yaxşı hiss edirəm.

- Yeni gəldiyin vaxtlarda tam özünü göstərə bilməməyini məhz, uyğunlaşma prosesi ilə əlaqələndirmək olar?

- Problem təkcə bununla bağlı deyildi. Mövsümün əvvəlində zədələnməyim və bir müddət yaşıl meydanlardan uzaq qalmağım da öz təsirini göstərdi. 

- Artıq Avropa Liqasındakı potensial rəqibləriniz bəlli olub. Səncə, kiminlə oynamaq daha rahat olardı?

- Bunu püşk müəyyənlədirəcək, bizim istəyimizlə deyil ki. Amma belə götürəndə indi zəif rəqib yoxdur. Kim düşür düşsün, tam gücünlə mübarizə aparmalısan. Bizim də məqsədimiz ilk mərhələni keçib yolumuza davam etməkdir. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi