Ceyhun Sultanovun yeni klubu bəlli oldu

Ceyhun Sultanovun yeni klubu bəlli oldu
XƏBƏR 1 İyun 2012 / 10:40 2204
-  A +

“Sumqayıt” klubu növbəti transferini reallaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aftandil Hacıyev, Emin Cəfərquliyev və Sabir Allahquliyevin ardından başa çatan mövsümü “Kəpəz”də keçirmiş Ceyhun Sultanov Sumqayıt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 32 yaşlı futbolçu “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ceyhun Sultanov ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 24 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə A milli komandamızın formasını geyinib və rəqib qapılarından 1 top keçirib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki