"Mançester Siti"nin kapitanı "Barselona"ya doğru

"Mançester Siti"nin kapitanı "Barselona"ya doğru
XƏBƏR 1 İyun 2012 / 03:18 3307
-  A +

İspaniyanın "Barselona" klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "The Daily Star"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Mançester Siti"nin kapitanı Vinsent Kompaniyə "elçi" düşüb.

Ötən mövsümü yüksək səviyyədə keçirən belçikalı futbolçunun da "Mançester Siti"dən ayrılacağı istisna olunmur.
 
"Barselona"nın Kompaniyə həftəlik 200 min avro təklif etməsi bunu deməyə əsas verir. Lakin Kompaniyə 5 illik müqavilə təklif edən "şəhərlilər" futbolçunu komandada saxlama çalışır.

Qeyd edək ki, 2008-ci ildən "Mançester Siti"də çıxış edən Kompani həftəsinə 150 min avro qazanır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı