Burak Yılmaz ingilis nəhənginin hədəfində

Burak Yılmaz ingilis nəhənginin hədəfində
XƏBƏR 1 İyun 2012 / 02:08 2818
-  A +

"Trabzonspor" klubunun hücumçusu Burak Yılmaza Avropa komandalarından təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, son İngiltərə çempionu "Mançester Siti" klubu da Burakı transfer etməyi planlaşdırır.

Mançester təmsilçisinin ərəb şeyxləri Burakın transferi üçün "Trabzonspor"a yüksək məbləğ təklif edəcəyi gözlənilir. Lakin 26 yaşlı futbolçu ilə Avropanın bir sıra komandaları yaxından maraqlandığından Trabzon təmsilçisi hələlik qərar verməkdə tələsmir.

Qeyd edək ki, Burakla daha öncə İtaliyanın "Latsio" klubu danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı