Almaniya və Fransadan inamlı qələbə, Braziliyadan darmadağın

Almaniya və Fransadan inamlı qələbə, Braziliyadan darmadağın
XƏBƏR 1 İyun 2012 / 01:54 2339
-  A +

Gələn ay Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatının iştirakçıları bir sıra yoxlama görüşlərində qüvvələrini sınayıb.

Qol.Az-ın məlumatına görə, təxminən 2 saat öncə Yunanıstan, Almaniya və Fransa yığmaları meydana çıxıb. 

2004-cü ilin Avropa çempionu Yunanıstan millisi Ermənistan tək qolla keçib - 1:0. Son Avropa çempionatının finalçısı Almaniya millisi İsraildən güclü olub - 2:0. Yeniləşmiş Fransa yığması isə Serbiyanı 2 cavabsız qolla məğlub edib.

Amerika zonasında isə bir qarşılaşma baş tutub. Səfərdə ABŞ millisi ilə qarşılaşan Braziliya rəqibini 4:1 hesabı ilə darmadağın edib.

 


31 may

Beynəlxalq yoldaşlıq görüşü

Yunanıstan - Ermənistan - 1:0
Qol:
Papadopoulos, 23 (1:0)

Almaniya - İsrail - 2:0
Qollar:
Qomez, 40 (1:0), Şürrle, 82 (2:0)

Fransa - Serbiya - 2:0
Qollar:
Riberi, 11 (1:0), Maluda, 15 (2:0)


ABŞ - Braziliya - 1:4
Qollar:
Neymar, 12-pen (0:1), Silva, 26 (0:2), Qomez, 45 (1:2), Marselo, 52 (1:3), Pato, 82 (1:4)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın