CSKA-nın hücumçusu Premyer Liqa yolunda

CSKA-nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 1 İyun 2012 / 01:33 2200
-  A +

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiyaya daha bir ingilis klubu "elçi" düşüb.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Londonun "Arsenal" klubu da 24 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

"Topçular" Fil Dişi Sahili yığmasının futbolçusu üçün 26 milyon funt-sterlinq ödəməyə hazır olduğunu açıqlayıb. Tərəflər razılığa gələcəyi təqdirdə Dumbiya yeni mövsümdən Premyer Liqada çıxış edəcək.

Qeyd edək ki, Dumbiya ilə "Mançester Yunayted", "Liverpul", "Tottenhem" və "Napoli" klubları da yaxından maraqlanır. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın