Ronaldinyo "Flamenqo"dan ayrıldı

Ronaldinyo "Flamenqo"dan ayrıldı
GÜNDƏM 1 İyun 2012 / 01:09 2745
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo çıxış etdiyi "Flamenqo" klubundan ayrılıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, buna ulduz futbolçunun komandasından maaşını ala bilməməsi səbəb olub.

"Flamenqo"dan ümumilikdə 16 milyon avro alacağı olan Ronaldinyoya həmin məbləğ ödənilmədiyindən futbolçu komandasını məhkəməyə verib. Nəticədə davanı qazanan 32 yaşlı futbolçu "Flamenqo"dan təzminatsız ayrılmaq hüququ əldə edib.

Qeyd edək ki, ötən mövsüm "Flamenqo"ya transfer olunan Ronaldinyo keçirdiyi 32 oyunda 14 qola imza atıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"