Hakimi vurdu, bir il futboldan kənarlaşdırıldı

Hakimi vurdu, bir il futboldan kənarlaşdırıldı
GÜNDƏM 1 İyun 2012 / 00:46 2214
-  A +

Almaniya Futbol Federasiyası (AFF) "Herta" (Berlin) klubunun futbolçusu Levan Kobiaşvilini bir illiyinə futboldan kənarlaşdırıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna isə gürcüstanlı futbolçunun "Fortuna" ilə "play-off" matçında görüşün baş hakimi Volfqanq Starkı vurması səbəb olub.

Bundesliqada qalmaq uğrunda gərgin keçən oyundan sonra (3:4) Kobiaşvilinin baş hakimi arxadan yumruqla vurması ona baha başa gəlib. Həmin epizodu araşdıran AFF Kobiaşvilini bir illiyinə futboldan kənarlaşdırıb. Futbolçunun cəzası isə mayın 16-dan etibarən hesablanır.

Qeyd edək ki, Kobiaşvili ilə yanaşı, "Herta"nın daha 3 futbolçusu - Kristian Lell (6 oyun), Tomas Kraft (5 oyun) və Andre Myatoviç (4 oyun) də cəzalandırlıb.   

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki