Tale Heydərov: "AFFA prezidenti olmaq fikrim yoxdur"

Tale Heydərov: "AFFA prezidenti olmaq fikrim yoxdur"
ÖLKƏ FUTBOLU 31 May 2012 / 18:50 2615
-  A +

"Qəbələ" klubunun 2014-cu ildə istifadəyə veriləcək yeni stadionu yeddi min tamaşaçı tutumuna malik olacaq. Amma tribunalar elə tikiləcək ki, sonradan onu artırmaq imkanı olsun".

Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə «Qəbələ» klubunun prezidenti Tale Heydərov deyib.

T.Heydərov «AFFA prezidenti vəzifəsində çalışmaq istəyirsinizmi» sualına cavab olaraq bildirib ki, onun belə bir fikri yoxdur: «Çünki Azərbaycan futboluna xeyir vermək istəyən adam bunu istənilən vəzifədə həyata keçirə bilər. Hərə öz üzərinə düşən işi görməlidir».

T.Heydərov klubun transfer siyasəti ilə bağlı danışarkən qeyd edib ki, bu məsələni məşqçilərin ixtiyarına buraxıb.

«Qəbələ»nin prezidenti Unibank Premyer Liqada hakimliklə bağlı danışarkən bildirib: «Hakimlərlə bağlı səhvlər olur. Amma əsas odur ki, hakimlər oyunları qərəzli idarə etməsinlər».

«Qəbələ»nin baş məşqçisi Fatih Kavlakın fəaliyyətilə bağlı danışarkən T.Heydərov türkiyəli mütəxəssisə güvəndiklərini deyib: «Biz bu il kuboku qazana bilmədik. Növbəti mövsüm isə komandanın qarşısına həm kuboku qazanmaq, həm də çempion olmaq vəzifəsi qoyulacaq. Mövsümün gedişatında isə baş məşqçimizi dəyişmək fikrimiz yoxdur. Çünki bu,  komandanın oyununa mənfi təsir edir».

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki