DÇ-2014-ün rəsmi devizi müəyyənləşdi

DÇ-2014-ün rəsmi devizi müəyyənləşdi
XƏBƏR 31 May 2012 / 16:33 1582
-  A +

Futbol üzrə Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının rəsmi devizi - “Hamı bir ritmdə” şüarı müəyyənləşib.

Çempionatın devizi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və DÇ-2014-ün Braziliyada təşkilat komitəsi tərəfindən elan olunub.

FİFA-nın baş katibi Jerom Valkenin sözlərinə görə, “Hamı bir ritmdə” devizi bütün dünyanın azarkeşlərini təkrarolunmaz Braziliya ritmində rəngarəng dinamik bayram ətrafında birləşdirəcək.

Braziliya çempionatı üçün deviz il yarım ərzində seçilib. J.Valke bildirib ki, burada başlıca vəzifə bütün dillərə asan tərcümə edilən və müxtəlif mədəniyyətlərin nümayəndələri üçün anlaşıqlı ifadə tapmaq idi.

Nəticədə 26 "finalçı" arasında Braziliyanın "Aktuel" reklam agentliyi qalib gəlib.


Xəbər: AzərTAc

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı