Emin Mahmudova üzücü xəbər

Emin Mahmudova üzücü xəbər
GÜNDƏM 31 May 2012 / 15:38 2917
-  A +

Müqaviləylə Moskvanın “Spartak” klubuna məxsus olan azərbaycanlı Emin Mahmudov milli komandamızda oynamaqla bağlı tərəddüd etdiyi bir vaxtda ona Rusiya yığmasından üzücü xəbər gəlib.

Qol.Az-ın məlumatına görə, bu ilin qışında ilk dəfə olaraq Rusiyanın gənclərdən ibarət yığmasına dəvət olunan və bu komandayla Sankt-Peterburq şəhərində hazırlıq keçən Emin növbəti toplanışa cəlb olunmayıb.

Qeyd edək ki, Rusiya U-21 millisi “Avro-2013”nin seçmə oyununda iştirak etmək üçün Portuqaliyaya yollanmağa hazırlaşır. Bu komandaların oyunu iyunun 1-nə təyin olunub. Bundan başqa, rusların iyunun 5-da “Çağırış kuboku”nda İngiltərə, iyunun 12-də “Avro-2013”ün seçmə mərhələsində isə Albaniya ilə görüşü olacaq.

Amma baş məşqçi Nikolay Pisarev bu mövsümü uğursuz keçirən Emini qarşıdakı matçlara dəvət etməyib.

Daha çox


Son xəbərlər