Qvardiola 1,5 milyon dollarlıq şərhçilikdən imtina edib

Qvardiola 1,5 milyon dollarlıq şərhçilikdən imtina edib
XƏBƏR 31 May 2012 / 15:28 1834
-  A +

Meksikanın “Televisa” teleşirkəti İspaniyanın “Barselona” komandasının sabiq baş məşqçisi Xosep Qvardiola və “Real” (Madrid) komandasının baş məşqçisi Joze Mourinyoya 1,5 milyon dollar müqabilində bu il keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarını şərh etməyi təklif edib.

“El Confidencial” nəşrinin verdiyi məlumata görə, Xosep Qvardiola artıq bu təklifdən imtina edib, Joze Mourinyo isə razılıq verməyə meyllidir.

Xosep Qvardiola etiraz etməsini futbolla bağlı artıq dincəlməyə ehtiyacı olması ilə əsaslandırıb. Onun sözlərinə görə, “Barselona” komandasına rəhbərlik etdiyi 4 il ərzində hər dəqiqə keçmiş və gələcək oyunlar barədə düşünüb və çox yorulub.

Xəbər: Lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın