Kasilyas dünyada ən çox qələbə qazanan futbolçu oldu

Kasilyas dünyada ən çox qələbə qazanan futbolçu oldu
AVRO-2012 31 May 2012 / 13:25 2643
-  A +

"Avro-2012"yə hazırlığı davam etdirən İspaniya millisinin qapıçısı İker Kasilyas yeni rekord müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, dünən Cənubi Koreya ilə matçdakı (4:1) uğur Kasilyasın millidəki 130 oyunda 95-ci qələbəsi olub. Bu isə dünya futbolu tarixində bir futbolçunun millidə qazandığı ən çox qələbədir.

Buna qədər rekordçu Fransa millisinin keçmiş müdafiəçisi Lilian Türam idi – 142 oyuna 94 qələbə.


Son xəbərlər