“Andorranı bir ayaqla udmalıydıq”

“Andorranı bir ayaqla udmalıydıq”
MÜSAHİBƏ 31 May 2012 / 12:35 3338
-  A +

Milli komandanın sabiq qapıçısı Hüseyn Məhəmmədovun Qol.Az saytına müsahibəsi


- Unibank Premyer Liqanın səviyyəsi səni bir veteran futbolçu kimi qane edir?

- Desəm ki, inkişaf yoxdur, yalan olar. Bir çox  dəyişiklik var. Klubların hazırkı maliyyə durumu çox yaxşı səviyyədədir. Ancaq çempionatın səviyyəsinin çox yüksəldiyini də demək olmaz. Yəni, hardasa normal bir səviyyədədir.

- Necə düşünürsən, bu mövsüm avrokuboklara vəsiqə qazanan klublarımız buna öz oyunları ilə layiq idilər?

- Yəqin, layiq oldular ki, vəsiqə qazandılıar. Əgər belə olmasaydı, onların yerinə başqa klublar avrokuboklara gedərdi.

- Bəs, “Qarabağ”ın Avropaya çıxa bilməməsini necə qarşıladın?

- Düzdü, artıq vərdiş etmişdik ki, “Qarabağ” bizi Avropa turnirlərində sevindirsin. Lakin çox təəssüf ki, bu il onları, ümumiyyətlə, Avropa yarışlarında görə bilməyəcəyik. Ancaq bu o anlama gəlmir ki, Avroliqaya vəsiqə qazana bilmədisə, “Qarabağ” yaxşı komanda deyil. Futbolda elə şeylər olur ki, bundan qaçmaq mümkün deyik. Fikrimcə, “Qarabağ”ın bir az bu yöndə bəxti gətirmədi.

- Səncə, bu il Azərbaycan klublarından Avroliqada hansı uğuru gözləməyə dəyər?

- Bu haqda danışmaq hələ tezdir. Çünki bir çox klublarımız hələ transfer məsələlərinə təzə-təzə start verir. Bundan sonra komandaların xarici ölkələrdə yaxşı təlim-məşq prosesi keçməsi, bir neçə səviyyəli klubla yoldaşlıq oyunları keçirməsi çox vacibdir. Həmçinin də, klublarımızın rəqibləri bilinməli və bundan sonra səviyyəsi dəyərləndirilməlidir. Belə götürəndə niyə də bizimkilər uğurla çıxış etməsin? Bu gün onların hər cür şəraiti var. Bircə qalır uğurlu çıxışları.

- Dünən millimiz dünya reytinqində sonunda olan Andorrayla oyunda bərabərə qaldı. Bunu necə qəbul etdin?

- Düzdü, futbolda istənilən yığmayla görüşdə hər cür nəticə ola bilər. Ancaq millimizə yaradılan bu cür şəraitin, maliyyə dəstəyinin qarşılığında futbolçular Andorranı məğlub etməyə borclu idilər.

- Əgər Andorra kimi komandaya da qalib gələ bilmiriksə, bəs, onda kimi məğlub edəcəyik?

- Belə götürəndə futboldu hər şey ola bilər. Bəlkə də biz Andorranın qapısı qarşısında 10 dəfə real qol vəziyyəti yaratsaq da, birində belə fərqlənə bilməməşik. Bir şey də deyə bilərəm ki, bu gün futbolumuza olan diqqət yüksək səviyyədədir. Bəli, biz Andorra millisini bir ayaqla udmalıydıq. Amma inanıram ki, bunun sonda bir çarəsi olacaq. Axı, belə olmaz. Bu, bizim milli üçün böyük çatışmamazlıqdır. Bir tərəfdən də belə olmağı yaxşı oldu ki, bundan bir nəticə çıxararlar.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq