Benzema: "Fransa millisi Avro-2012-ni qazanmaq gücündədir"

Benzema: "Fransa millisi Avro-2012-ni qazanmaq gücündədir"
AVRO-2012 31 May 2012 / 02:25 2297
-  A +

"Real" (Madrid) klubunun və Fransa millisinin hücumçusu Kərim Benzema komandasının Avro-2012-dəki şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Le'quipe" qəzetinə danışan Benzema Avropa çempionu olacaqlarına inandığını bildirib:

"Təbii ki, biz də Avro-2012-ni qazanmaq istəyirik. Bununla bağlı hər gün görüşürük və müzakirələr aparırıq. Hazırda çox gözəl heyətimiz var. Jeremi Menez və Hatem Ben Arfa möhtəşəm mövsüm keçiriblər. Onların oyununu izləmək adama züsusi zövq verir. Düşünürəm ki, Fransa millisi Avropa çempionatını qazanmaq gücündədir".  

Qeyd edək ki, Fransa millisi B qrupunda İngiltərə, Ukrayna və İsveç yığmaları ilə mübarizə aparacaq.

 


Son xəbərlər