PFL yeni binaya köçməyəcək

XƏBƏR 27 Aprel 2009 / 19:28 2075
-  A +

Yeni yaranmasına baxmayaraq, qısa zamanda fəaliyyət dairəsini genişləndirən Peşəkar Futbol Liqasının artıq AFFA-nın inzibati binasından ayrılaraq, yeni binaya köçməsi haqqında söhbətlər dolaşmaqdadır. Məsələni dəqiqləşdirmək üçün adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri Asif Bağırovla əlaqə saxladıq. Qol.Az-a açıqlamasında A.Bağırov bu tip xəbərləri təkzib etdi: “Qurum hazırda AFFA-nin inzibati binasında fəaliyyətini davam etdirir və yaxın gələcəkdə yeni binaya köçmək planımız da yoxdur. Burada hər şey bizi qane edir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın