Messi: "Qızıl top" məni maraqlandırmır"

Messi: "Qızıl top" məni maraqlandırmır"
DÜNYA FUTBOLU 31 May 2012 / 01:23 2817
-  A +

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bu mövsüm də “Qızıl top”un sahibi olmağı özünə dərd etməyib.
 
Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu İspaniya mətbuatına açıqlamasında bütün mövsümlərdə məqsədinin dəyişməz olduğunu bildirib:

"Çox xoşbəxtəm ki, cari mövsümdə bu qədər qol vurdum (50). Hər mövsüm hədəfim dəyişməzdir: öyrənmək, artırmaq və onu təkmilləşdirmək. “Qızıl top”a gəldikdə isə hazırda bu barədə düşünmürəm. Qarşıda çoxlu vaxtım, “Barselona” və Argentina yığmasının heyətində vacib oyunlarım var”.

Qeyd edək ki, çoxları bu mövsüm də “Qızıl top” uğrunda mübarizənin Kriştiano Ronaldo ilə Lionel Messi arasında gedəcəyini düşünür. 2010 və 2011-ci illərin yekununa əsasən, bu mükafatı Messi qazanıb.


Son xəbərlər