Edin Ceko Almaniya nəhənginin hədəfində

Edin Ceko Almaniya nəhənginin hədəfində
XƏBƏR 31 May 2012 / 01:04 1893
-  A +

"Mançester Siti" klubunun hücumçusu Edin Ceko karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə 26 yaşlı futbolçunun meneceri İrfan Redzepagic açıqlama verib.

"Sky Sport"a danışan Redzepagic "Bavariya"nın bosniyalı futbolçu ilə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, Münhen təsmilçisi Cekonun transferi üçün qarşı tərəfə yüksək məbləğ ödəməyə hazırdır. 

Qeyd edək ki, "Mançester Siti"də Mario Balotelli, Karlos Tevez və Serxio Aquero kimi ulduz futbolçulara rəqabətdə uduzan Cekonun da İngiltərədən ayrılmaq istədiyi bildirilir.  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı