İngiltərə millisində Lempard şoku

İngiltərə millisində Lempard şoku
AVRO-2012 31 May 2012 / 00:46 3244
-  A +

İngiltərə milli komandası "Avro-2012" öncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, İngiltərə millisinin aparıcı futbolçusu Frənk Lempard zədələnərək sıradan çıxıb.

Məşq zamanı bud nahiyyəsindən zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin komandanın həkimləri Lempardın zədəsinin ciddi ola biləcəyini bildirib.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Roy Hodsonun Lempardın heyətdən kənarlaşdırılacağı təqdirdə "Liverpul"dan Yordan Hendersonu yığmaya dəvət edəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord