"Fənərbaxça"nın hücumçusu Premyer Liqa yolunda

"Fənərbaxça"nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 31 May 2012 / 00:01 2649
-  A +

"Fənərbaxça"nın hücumçusu Miroslav Stoka daha bir ingilis klubu "elçi" düşüb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi"nin ardından "Kvins Park Reyncers" də slovakiyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

"Fənərbaxça" klubu Stokun transferi üçün ən azı 15 milyon avro tələb etməsi "Kvins Park Reyncers"in işini çətinə salır. "Fənərbaxça" rəhbərliyi də bir sıra klubların maraq dairəsində olan Stok haqda qərar verməyə tələsmir.

Qeyd edək ki, 2010-cu ildən "Fənərbaxça"da çıxış edən Stok keçirdiyi 56 oyunda 14 qola imza atıb.


Son xəbərlər