"Qarabağ"ın yeni transferlərinin əksəriyyəti əcnəbi olacaq"

"Qarabağ"ın yeni transferlərinin əksəriyyəti əcnəbi olacaq"
MÜSAHİBƏ 30 May 2012 / 16:49 4310
-  A +

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.Az-a müsahibə verib.

- Son günlər “Qarabağ”da hansısa yeniliklər var, yoxsa hər şey əvvəlki kimidir?

- Xeyr, dəyişikliklər var, yeni transferlərlə bağlı iş gedir, bundan başqa, komanda ilə müqaviləsinin müddəti başa çatmış bir sıra futbolçularla da yeni müqavilələr imzalamışıq.

- Danışıq apardığınız yeni futbolçular haqda hər hansı məlumat verə bilərsiniz?

- Konkret ad çəkmək istəmirəm. Çünki hələ danışıqlar gedir və yekunlaşmayıb. Nə vaxt ki, yekunlaşar və konkret razılaşma əldə olunar, biz də bunu mətbuata açıqlayarıq.

- Bəs, yeni futbolçularınız yerlilər olacaq, yoxsa əcnəbilər?

- Əksəriyyəti legioner olacaq. Ancaq çalışacağıq ki, səviyyəli legionerlərlə anlaşaq. Ən azı Muarrem kimi olmalıdırlar. O mənada ki, Muarrem həm gəncdi, həm də istedadlıdı.

- Az öncə bir sıra futbolçularla başa çatan müqavilənin müddətini uzatdığınızı dediniz. Onların adlarını açıqlaya bilərsiniz?

- Bəli. Fərhad Vəliyev, İlqar Qurbanov, Emin İmaməliyev və Zaur Həşimovla yeni müqavilələr imzaladıq və onlar bundan sonra da “Qarabağ”ın uğurları üçün çalışacaqlar.

- Bildiyimizə görə, qapıçı Boyan Pavloviçlə yollarınızı ayırmısınız. Onun yerinə dəvət edəcəyiniz qapıçı da əcnəbi olacaq?

- Öncə onu deyim ki, Boyanla bağlı məsələ hələ açıq qalır. Düzdür, onunla yeni müqavilə imzalamamışıq. Yəni ona nə “qal”, nə də  “get” demişik. Hər şey baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardan aslı olacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı