Türkiyənin daha iki klubu avrokuboklardan kənarlaşdırıldı

Türkiyənin daha iki klubu avrokuboklardan kənarlaşdırıldı
XƏBƏR 30 May 2012 / 16:48 3091
-  A +

"Beşiktaş" klubunun ardından Türkiyənin daha iki klubu avrokuboklardan kənarlaşdırılıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunlar "Bursaspor" və "Qaziantepspor" komandalarıdır.

UEFA İntizam Komitəsinin qərarı ilə bir il müddətinə avrokuboklardan uzaqlaşdırılan hər iki komanda eyni zamanda 200 min avro məbləğində cərimələnib.

Buna isə hər iki komandanın UEFA-nın maliyyə ilə bağlı lizensiyalaşdırma şərtlərinə əməl etməməsi və müxtəlif qurumlara borcu olması səbəb olub.

Qeyd edək ki, "Bursaspor" klubunun hüquq işləri üzrə nümayəndəsi Öztürk Yazıcı qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini deyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord