"Çelsi"dən Halka 40 milyon funt-sterlinq

"Çelsi"dən Halka 40 milyon funt-sterlinq
XƏBƏR 30 May 2012 / 16:23 1989
-  A +

Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu "Porto"nun hücumçusu Halkı transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Telegraph"a istinadən verdiyi məlumata görə, London təmsilçisi braziliyalı futbolçunun transferi üçün 40 milyon funt-sterlinq təklif irəli sürüb.

"Çelsi" mövsümün əvvəlində də Halkı transfer etmək istəsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdilər. Lakin bu dəfə 26 yaşlı futbolçunun "Çelsi"yə keçidi rəsmiləşə bilər. "Porto" ilə razılıq əldə olunarsa, Halk yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, Halkla PSJ və "Malaqa" klubları da yaxından maraqlanır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı