Mario Balotelli: "Mən dahiyəm"

Mario Balotelli: "Mən dahiyəm"
AVRO-2012 30 May 2012 / 11:30 2907
-  A +

Qalmaqallı hərəkətləri və açıqlamaları ilə də diqqət çəkən İtaliya millisinin  İngiltərənin "Mançester Siti" klubuna məxsus olan futbolçusu Mario Balotelli bu dəfə özündənrazılıq ifadə edən fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "France Football"a müsahibəsində Balotelli Tanrının ona böyük bir istedad bəxş etdiyini söyləyərək bir dahi olduğunu bildirib.

"İstedad Tanrının mənə bəxş etdiyi vergidir. Kimsənin məni anladığını düşünmürəm. Ancaq mən istedadım sayəsində bu günlərə gəlmişəm. Normal insanlardan fərqli olaraq, bir dahi olduğumu düşünürəm" - deyə o bildirib.
 
O, növbəti mövsümdə "Mançester Siti"də qalıb-qalmayacağını hələ bilmədiyini də deyib.




Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı