Biabırçılıq! Millimiz dünyada sonuncu olan komandaya qalib gələ bilmədi

ÖLKƏ FUTBOLU 30 May 2012 / 21:51 10229
-  A +

Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası bu dəfə Andorra yığması ilə qarşılaşıb.

Mayın 23-də səfərdə Yaponiya yığmasına 0:2 hesabı ilə məğlub olan millimiz zəif rəqibi ilə Almaniyada görüşüb.
 
Azərbaycan millisi FİFA reytinqində sonuncu, 205-ci pillədə qərarlaşan Andorra ilə matçın əsas favoriti hesab olunsa da, zəif rəqibinin qapısına yol tapa bilməyib. 

Qeyd edək ki, bu komandalar 2008-ci ildə üz-üzə gəliblər. Yoldaşlıq oyunları çərçivəsində baş tutan görüş 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.

 


30 may

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Andorra  - 0:0

Millimizin start heyəti:
1.Kamran Ağayev, 4. Mahir Şükürov (k),
5. Elnur Allahverdiyev, 15. Ruslan Abışov, 20. Ufuk Budak, 19. Rahid Əmirquliyev, 8. Aleksandr Çertoqanov, 17. Vüqar Nadirov,
9. Elvin Məmmədov, 16. Rizvan Umarov, 11. Rauf Əliyev

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı