Joze Mourinyo Didye Droqbanı istəyir

Joze Mourinyo Didye Droqbanı istəyir
XƏBƏR 30 May 2012 / 02:36 2593
-  A +

İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo İngiltərənin “Çelsi” komandası ilə Çempionlar Liqasını qazanmış futbolçu Didye Droqbanın transfer edilməsini istəyir.

Qol.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, mövsümün sonunda azad agent statusu almış 34 yaşlı forvard “kral klubu” rəsmiləri ilə 2 illik müqavilə şərtlərini müzakirə edib.

Mourinyo 2004-cü ildə “Çelsi”yə rəhbərlik etdiyi vaxt da Droqbanın keçidində təşəbbüskar olub. O, təcrübəli hücumçunun hələ ötən il “Real”a keçəcəyinə ümid edib. Lakin həmin vaxt tərəflər qiymətdə ortaq məxrəcə gələ bilmədiklərindən, transfer baş tutmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının qəhrəmanı ilə İspaniya, İtaliya, Almaniya və Rusiya klubları da maraqlanır. Çin “Şanxay Şenxua”sı da əlverişli təklif irəli sürüb və Droqba bu təklifi demək olar ki, qəbul edib. Lakin keçmiş həmklubu Nikolya Anelkanın yerinə Argentina millisinin sabiq baş məşqçisi Serxio Batistanın mümkün təyinatı onu fikrini dəyişməyə vadar edə bilər.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı