Danimarka millisində şok itki

Danimarka millisində şok itki
AVRO-2012 30 May 2012 / 01:12 2763
-  A +

"Avro-2012"nin iştirakçılarından olan Danimarka millisi şok itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Danimarka millisinin əsas qapıçısı Tomas Sorensen heyətdən kənarlaşdırılıb.

Buna isə futbolçunun zədəsi səbəb olub. Belədə Sorenseni yığmadan kənarlaşdıran Danimarka millisinin baş məşqçisi Morten Olsen buna çox üzüldüyünü bildirib:

"Bu qərarı vermək bizə çox çətin idi. Sorensenin olmaması komandanın oyununa təsirsiz ötüşməyəcək. O, çox təcrübəli və peşakar futbolçudur. Ancaq təəssüf ki, "Avro-2012"də onun xidmətindən yararlana bilməyəcəyik".

Qeyd edək ki, Olsen Sorensenin əvəzinə yığmaya "Leyçester Siti"nin qapıçısı Kasper Şmeyxeli dəvət edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı