“Bakı”nı “Parma”, “Atalanta” və “Fiorentina”yla nə birləşdirəcək?

XƏBƏR 27 Aprel 2009 / 16:51 2315
-  A +

“Bakı” klubu qarşıdakı mövsümdən etibarən yeni geyim dəstlərindən istifadə edəcək. Bu haqda Qol.Az-a verdiyi müsahibədə komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib: “Qarşıdakı mövsümdən yeni geyim dəstləri ilə meydana çıxacağıq. Anlaşdığımız firma çox məhşurdur. İtaliyanın “Parma”, “Atalanta” və “Fiorentina” kimi klubları həmin firmanın məhsullarından istifadə edirlər. Özü də, həmin geyim dəstləri tək əsas yox, bütün yaş qrupundan olan komandalarımız üçün də sifariş verilib. Yəni bütün “Bakı” olaraq meydançaya eyni dəst formalarda çıxacağıq. Çünki, bu, bütün Avropada belədir”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki