Arif İsayev: “Bilirəm ki, onun bu addımı atmağında başqa səbəblər var”

Arif İsayev: “Bilirəm ki, onun bu addımı atmağında başqa səbəblər var”
MÜSAHİBƏ 29 May 2012 / 19:15 3410
-  A +

“Qəbələ” klubundan ayrılan Arif İsayev Qol.Az saytına müsahibə verib

- “Qəbələ”dən hansı səbəblərdən ayrıldın? Fatih Kavlak niyə səni komandada saxlamadı?

- “Qəbələ”də məşqçilər korpusunu çıxmaq şərtiylə, hər şey məni qane edirdi.  Sadəcə, baş məşqçi ilə aramızda soyuq münasibət olduğuna görə, nə mən komandada qalmaq istəyirdim, nə də o mənimlə işləmək istəyirdi. Beləliklə, oradan ayrılmalı oldum.

- Axı, sən millinin üzvüsən və istənilən məşqçi milli komandanın futbolçusunu öz sərəncamında görmək istəyər. Bəlkə, Kavlakın yerli futbolçulara qarşı simpatiyası yox idi? Nəzərə alaq ki, türk məşqçi səninlə bərabər, başqa bir milli üzvü Mahir Şükürovla da yeni müqavilə imzalamağı məqsədəuyğun hesab etməmişdi...

-  Ola bilsin, siz deyən də doğrudur. Onu artıq Kavlak özü cavablandırsa, yaxşı olar. Ancaq iş orasındadır ki, ən yaxşı formada olduğum vaxtlarda belə, məni “18-liy”ə salmırdı. Bunu ancaq haqsızlıq kimi dəyərləndirərdim. Bir sözlə, baş məşqçi mənə qarşı yaxşı münasibət göstərmədi.

- Heç bununla bağlı aranızda söhbət olmamışdı? Yəni, səni oynatmamasının səbəbini deməmişdi?

- Bir dəfə olmuşdu. O da belə, yüngülvari, soyuq bir söhbət oldu. Səbəbini soruşdum mənə dedi ki, məşqçiyəm, öz fikirlərim var. Ancaq mən bilirəm ki, onun bu addımı atmağında başqa səbəblər var.

- Məsələn, hansı səbəblər?

- Yox, onu açıqlamaq istəmirəm. Elə şeylər var ki, özümdə saxlasam yaxşı olar. Mənə qarşı haqsızlıq olduğunu o komandada çox insan deyə bilər.

- “Qəbələ”dən ayrıldığın üçün təəssüflənmirsən ki?

- Təbii, hardasa təəssüflənirəm. Çünki o klubda çox peşəkar iş qurulub, hətta Azərbaycan səviyyəsinə görə super deyərdim. Kluba da, kollektivə də çox öyrəşmişdim. Ancaq neyləmək olar? Bu, futboldu. Bir gün burdasan, sabah başqa yerdə. Kim bilir, bəlkə növbəti mövsümə yenidən “Qəbələ”də başladım?!

- Hazırda danışıq apardığın klublar var?

- Bir neçə klub var ki, mənimlə maraqlanır. Amma, hələ ki, ad açıqlamaq istəmirəm. Yaxın günlərdə hər şey bilinəcək.

- Klubunda yaşadıqların yəqin ki, milli karyerana da təsirsiz ötüşmşəyib, elədir?

- Əlbəttə. Bu səbəbdən hazırkı toplanışa da qatıla bilmədim. Buna görə milli məşqçilərini də qətiyyən günahlandırmıram. İnanıram ki, əsas heyətdə oynayacağım kluba gedib özüm üsübut edəcəm və yenidən milliyə dəvət alacam.

Anar XANLAROV


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı