“Qəbələ” - “Bakı” matçını “İnter” və “Simurq”un nümayəndələri də izləyiblər

XƏBƏR 27 Aprel 2009 / 15:48 2051
-  A +

Premyer-liqanın XXIII turu çərçivəsində keçirilən “Qəbələ” - “Bakı” matçı turnir cədvəli baxımından da böyük önəm daşıyırdı. Bu qarşılaşmanın nəticəsi “İnter” və “Simurq” üçün də böyük əhəmiyyətə malik idi. “Zolaqlılar” məğlub olacağı halda, həm “Inter” çempionluğa bir addım da yaxınlaşacaqdı, həm də “Simurq” gümüş medal qazanmaq şansını artıracaqdı. Qol.Az-ın məlumatına görə, bunu nəzərə alan “İnter” və “Simurq”un nümayəndələri də qarşılaşma zamanı Qəbələ şəhər stadionunda olublar. “İnter” nümayəndələrindən konkret kimlərin stadionda olduğu haqda məlumat verilməsə də, o dəqiqdir ki, “Simurq”un çalışdırıcısı Roman Pokora matçı canlı olaraq stadiondan izləyib. Görünür ukraynalı mütəxəssis növbəti tur qarşılaşacağı “Bakı”nı canlı olaraq iş başında izləmək istəyib.   


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı