Emin Ağayevin komandası Rusiya kubokunda növbəti mərhələyə yüksəldi

XƏBƏR 27 Aprel 2009 / 14:22 2101
-  A +

Milli komandamızın keçmiş üzvləri - Emin Ağayevin oynayan məşqçi, Aleksandr Jidkovun isə qapıçılarla işləyən məşqçi olduğu Tverin “Volqa” klubu Rusiya kubokunda mübarizəyə qoşulub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ilkin mərhələ oyunları çərçivəsində “Volqa” öz meydanında “Voloçanina-Ratmira” klubunu qəbul edib. Gərgin mübarizə şəraitində keçən matç həmyerlilərimizin komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. “Volqa” qələbə topunu əlavə vaxtda, matçın 108-ci dəqiqəsində vurub. Bu qələbə sayəsində “Volqa” 1/128 final mərhələsinə yüksəlib. Burada “Volqa”nın rəqibi “İstra” klubu olacaq. Matç mayın 14-də keçiriləcək. “Voloçanina-Ratmira” ilə görüşdə 120 dəqiqə meydanda olan Emin Ağayev inamlı oyunuyla seçilib.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq