Subaşiç sarı vərəqəylə yadda qaldı

XƏBƏR 27 Aprel 2009 / 13:56 2085
-  A +

Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Çanqçun Yatay” klubu Çin çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Çanqçun Yatay” VI turun oyunu çərçivəsində öz meydanında “Şanxay Şenxua” klubunu qəbul edib. Matç Subaşiçin komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçın taleyini həll edən yeganə qol 31-ci dəqiqədə vurulub. Çao Tianbao fərqlənib. Subaşiç meydana start heyətində çıxsa da, 69-cu dəqiqədə əvəzlənib. Millimizin hücumçusu 32-ci dəqiqədə sarı vərəqəylə cəzalanıb. Rəqib komanda isə 52-ci dəqiqədən etibarən azlıqda mübarizə aparmalı olub. Bu qələbədən sonra xal ehtiyatını 11-ə yüksəldən Subaşiçin komandası üçüncü pillədə qərarlaşsa da, liderdən cəmi 2 xal geri qalır. “Çanqçun Yatay” növbəti oyununu mayın 2-də evdə “Shenzhen Xiangxue Eisiti” klubuna qarşı keçirəcək.    


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın