Məşqçilərimiz İtaliyaya gedib

XƏBƏR 1 Dekabr 2008 / 11:33 3394
-  A +

Dekabrın 1-dən 4-dək İtaliyanın Koverçiano şəhərində UEFA-nın təşkilatçılığı ilə məşqçilər üçün seminar keçiriləcək. AFFA-nın rəsmi saytının məlumatına görə, seminarda müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının məşqçiləri – Yaşar Vahabzadə, Əfqan Talıbov, Mirbağır İsayev, Cəmaləddin Əliyev, Etibar Tanrıverdiyev, Baba Əsgərov və Ramiz Əhmədov iştirak edəcəklər.


Son xəbərlər