«Xəzər-Lənkəran» Artur Jorjeni gətirmək istəyir (YENİLƏNİB)

«Xəzər-Lənkəran» Artur Jorjeni gətirmək istəyir (YENİLƏNİB)
XƏBƏR 1 Dekabr 2008 / 10:52 3796
-  A +

Məşhur portuqaliyalı məşqçi Artur Jorje «Xəzər-Lənkəran»ın transfer etdiyi məşqçilər siyahısındadır. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Artur Jorjenin bu ölkənin «Amkar» klubu da baş məşqçi vəzifəsinə gətirmək istəyir. Rusiya mətbuatı bildirir ki, Jorje Berti Foqtsdan sonra Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə də əsas namizədlərdən biridir.
Xatırladaq ki, bir neçə gün əvvəl «Xəzər-Lənkəran»ın rəhbərliyi komandaya beynəlxalq təcrübəsi olan məşqçinin gətiriləcəyini bildirib.
«Xəzər-Lənkəran»ın vitse-prezidenti Araz Nəsirov məlumatı təsdiqləyib. O, Artu Jorjenin baş məşqçi vəzifəsinə namizədlər siyahısında olduğunu söyləyib. Bununla belə, A.Nəsirov başqa variantların olduğunu da vurğulayıb.


Son xəbərlər